Əmək haqqı mühasibi
FAB Boya və Kimya Sənayesi MMC Период: 2026-06-11 - 2026-07-11
Количество просмотров: 38 Вакансия № 1015516
Город:

Баку


FAB Boya və Kimya Sənayesi MMC komandamıza peşəkar və məsuliyyətli Əmək haqqı mühasibi axtarır.

Namizədə tələblər

  • Mühasib vəzifəsində minimum 3 il iş təcrübəsi;
  • Əmək haqqının hesablanması və payroll proseslərinin idarə olunması üzrə təcrübə;
  • Əmək qanunvericiliyini (əmək haqqı, məzuniyyət, son haqq-hesab, xəstəlik vərəqələri, gecə növbələri və s.) yaxşı səviyyədə bilmək;
  • MS Excel proqramında yüksək səviyyədə işləmək bacarığı;
  • Analitik düşünmə, riyazi hesablama və problem həll etmə bacarığı;
  • Məsuliyyətli, dəqiq və komanda ilə işləmə qabiliyyəti.

Vəzifə öhdəlikləri

  • Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqələri, son haqq-hesab və ezamiyyət ödənişlərinin qanunvericiliyə uyğun hesablanmasını və ödənilməsini təmin etmək;
  • İşçilər üzrə tutulmaların, icra sənədlərinin və Həyat Yığım Sığortası (HYS) ödənişlərinin icrasına nəzarət etmək;
  • Əlavə iş saatlarının (overtime) hesablanması, sənədləşdirilməsi və ödəniş proseslərini həyata keçirmək;

Şəxsi keyfiyyətlər

  • Yüksək diqqətlilik və detallara həssas yanaşma;
  • Məlumatların məxfiliyinə ciddi riayət etmək;
  • Vaxtın effektiv idarə olunması;
  • Nəticəyönümlülük və təşəbbüskarlıq;
  • İdxal-ixrac əməliyyatlarının uçotu üzrə praktiki bilik və təcrübəyə malik olanlara üstünlük veriləcəkdir.

Əgər siz peşəkar inkişaf imkanları olan dinamik istehsalat mühitində çalışmaq istəyirsinizsə, müraciətinizi gözləyirik.

Tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “Əmək haqqı mühasibi” qeyd etməklə cv@fabboya.az düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.