Əmək haqqı mühasibi
FAB Boya və Kimya Sənayesi MMC
Duration: 2026-06-11 - 2026-07-11
View count: 38
Vacancy № 1015516
City:
Baku
FAB Boya və Kimya Sənayesi MMC komandamıza peşəkar və məsuliyyətli Əmək haqqı mühasibi axtarır.
Namizədə tələblər
- Mühasib vəzifəsində minimum 3 il iş təcrübəsi;
- Əmək haqqının hesablanması və payroll proseslərinin idarə olunması üzrə təcrübə;
- Əmək qanunvericiliyini (əmək haqqı, məzuniyyət, son haqq-hesab, xəstəlik vərəqələri, gecə növbələri və s.) yaxşı səviyyədə bilmək;
- MS Excel proqramında yüksək səviyyədə işləmək bacarığı;
- Analitik düşünmə, riyazi hesablama və problem həll etmə bacarığı;
- Məsuliyyətli, dəqiq və komanda ilə işləmə qabiliyyəti.
Vəzifə öhdəlikləri
- Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqələri, son haqq-hesab və ezamiyyət ödənişlərinin qanunvericiliyə uyğun hesablanmasını və ödənilməsini təmin etmək;
- İşçilər üzrə tutulmaların, icra sənədlərinin və Həyat Yığım Sığortası (HYS) ödənişlərinin icrasına nəzarət etmək;
- Əlavə iş saatlarının (overtime) hesablanması, sənədləşdirilməsi və ödəniş proseslərini həyata keçirmək;
Şəxsi keyfiyyətlər
- Yüksək diqqətlilik və detallara həssas yanaşma;
- Məlumatların məxfiliyinə ciddi riayət etmək;
- Vaxtın effektiv idarə olunması;
- Nəticəyönümlülük və təşəbbüskarlıq;
- İdxal-ixrac əməliyyatlarının uçotu üzrə praktiki bilik və təcrübəyə malik olanlara üstünlük veriləcəkdir.
Əgər siz peşəkar inkişaf imkanları olan dinamik istehsalat mühitində çalışmaq istəyirsinizsə, müraciətinizi gözləyirik.
Tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “Əmək haqqı mühasibi” qeyd etməklə cv@fabboya.az düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Other vacancies in this category





